Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevlə bağlı məqalə müsabiqəsinə yekun vurulub

Heydər Əliyevlə bağlı məqalə müsabiqəsinə yekun vurulub


Azərbaycan Dövlət Pedaqoji Universitetində ümummilli lider Heydər Əliyevin 99 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, ali təhsil ocağının müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən konfransın yekununda tələbələr arasında ulu öndərin həyat və yaradıcılığı, siyasi fəaliyyətinə həsr olunmuş məqalə müsabiqəsinin ilkin seçim turunun nəticələri açıqlanıb.

Münsiflər heyətinin qərarı ilə ən yaxşı 8 məqalənin növbəti mərhələyə keçməsi qərara alınıb. Yüksək nəticə göstərən yazılar sırasında universitetin tələbəsi Lalə Şirinzadənin "Azərbaycanın milli inkişaf modelinin banisi-Heydər Əliyev" adlı məqaləsi də yer alıb.

Qeyd edək ki, ən yaxşı seçilmiş 8 məqalə Heydər Əliyevlə bağlı dərc ediləcək kitabda çap olunacaq.

Mehman
Xəbəri paylaş