Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay 10 nəfər mina partlamasından zərər çəkib

Keçən ay 10 nəfər mina partlamasından zərər çəkib


Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən şəxslərin vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətni davam etdirir.

Newscenter.az-a İctimai Birlikdən daxil olan xəbərə görə, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin aprel ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə bir mülki şəxs piyadalar əleyhinə minanın partlamasından həlak olub. İkisi uşaq olmaqla altı mülki şəxs və üç hərbçi isə piyadalar əleyhinə mina və partlamamış hərbi sursatların partlamasından yaralanıb.

2022-ci ilin aprel ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Tət-tər, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Qazax, Laçın rayonlarının və Gəncə şəhərinin ərazisində baş verib.

Ümumilikdə 2022-ci ilin ilk dörd ayında 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb ki, bunlardan da 2 nəfəri həlak olub.

Bütün rəsmi strukturların və vətandaş cəmiyyəti təsisatlarının mütamadi çağırışlarına baxmayaraq hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi növbəti dəfə mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar.

Mehman
Xəbəri paylaş