Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İkinci Soyuq müharibə başladı!

İkinci Soyuq müharibə başladı!


Rusiyanın 9 May qələbə günü mühüm gedişat edəcəyi dillərdən düşmür. Mayın 9-a 5 gün qalıb və Rusiyanın bu qısa zamanda Ukraynaya diz çökdürəcəyi qeyri-real görünür(nüvədən istifadə etməzsə, təbii ki) Rusiyanın yeni əməliyyatlara başlayacağını demək daha məntiqlidir! Rusiyanın başını Ukraynada qatmaqla NATO genişlənmə politikasına davam edir. Lakin Rusiyanın dağılmasını deyil də, super güc aktorluğundan düşməsini planlamaq daha məkrlidir. Bu dövlətlərin-Rusiya, ABŞ, Çin, Fransa, Almaniya, İtaliya, Britaniya kimi böyük dövlətlərin bir neçə birlikdə gördükləri layihələr var. "Suni günəşdən" tutmuş, kosmosun kəşfi, suni emerji və s. kimi milyardlar dəyərində layihələr var. Yəni istəməzlər zəncir qırılsın!

Siyasi arenanın yenidən əvvəlki vəziyyətinə qayıtması absurddur. Rusiya bundan sonra ətrafını daha da gücləndirməyə çalışacaq. Ya gözəlliklə, ya da zorla. Avrasiya ittifaqı, KTMT ilə yanaşı yeni bir ittifaq qurmağa səy göstərəcəyinə şübhə olamsın. Bu yeni ittifaqı SSRİ analoqu da adlandıra bilərik. Rusiya üçün Krım vaz keçilməzdi, həmçinin Odessaya da eyni cür yanaşma var. Moldova təşviş içindədir.

Moldovanın strateji mövqeyi çox mühüm olmasa da Ukrayna ilə sərhəddə, Dnestryanı bölgə üçün vacibdir! Finlandiya və İsveç NATO'ya üzv olmaq üçün müraciətlər edəcəklər. Mərkəzi Asiya dövlətlərinin bəziləri heç 9 mayı qeyd etməyəcəklər. Rusiya ondan imtina etməyən istənilən tərəflə ittifaqı qurmağı niyyətləyib. Çin, Belarus, İran, Əfqanıstan(Taliban rejimi) Ermənistan, Serbiya, bəzi Orta Asiya dövlətləri, bəzi Orta Şərq dövlətləri(xüsusilə də, Əsəd rejimi) yeni savaşda Rusiyanın safında dayanacaqlar. İsrail aşkar Ukrayna leyhinə hərəkət edir. Buna cavab olaraq Rusiyanın Həmasa yardım edəcəyini istisna etmirəm.

Rusiyanı zəiflətmək üçün Ukraynadan daha yaxşı bir fiqur ola bilməzdi.

İkinci soyuq müharibə başlayıb artıq. Lakin bu dəfəki ideologiya mübarizə ilə yanaşı enerji mübarizəsini də cəm edir. Xırda dövlətlərin yeni güc mübarizəsində öz suverenliklərini sabit saxlayacağı ehtimalı çox azdır. Bu mübarizədə Qərb çox güclüdür. Rusiya ilə Çin-in tam zəif bir fiqura dönüşməsi üçün əllərindən gələni edəcəklər. Rusiyadan sonra növbə Çinə çatacaq. Çin də öz rıçaqlarını üzübəri atmağa başlayıb. Çin təkcə Şimali Çin dənzində ağalıq etməklə kifayətlənmir, Avrasiya, Mərkəzi Asiya, Afrika, hətta son zamanlar C. Qafqazla da nizamlı əlaqələr qurur. Xüsusilə də, iqtisadi sferada!

Çin artıq iqtisadi siyasətlə kifayətlənməyərək, hərbi sahədə də genişlənmə aparmaqdadır. Serbiya Çinin HQ-22 uzaq mənzilli hava müdafiə sistemini aldı. Bununla da Serbiya Çinin satdığı silahları istifadə edən ilk Avropa dövləti oldu. Amerika buna heç cür göz yuma bilməz. Mütləq ki, Çin üçün də bir plan hazırlayıb. Covid-19 planı deşifrə olundu. Tayvan kartı Amerika üçün yaxşı vasitə ola bilər.

Elman Vəliyev-politoloq
Xəbəri paylaş