Nazir Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-a rəsmi səfəri davam edir.
Newscenter.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Anar Kərimovun ABŞ-da aparıcı beyin mərkəzləri, elm xadimləri ilə görüşü keçirilib. Görüşdə ABŞ-ın Azərbaycanda xidmət göstərmiş sabiq səfirləri də iştirak ediblər. Anar Kərimov erməni işğalı dövründə Azərbaycanın mədəniyyət ocaqlarına dəymiş ziyandan, dağıdılmış tarixi və dini abidələrin aqibətindən bəhs edib. Tarixi Zəfərimizdən sonra Qarabağda aparılan yenidənqurma və bərpa işləri haqda ətraflı məlumat verib, statistik göstəriciləri nəzərə çatdırıb. O, həmçinin "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından da danışıb.
Beyin mərkəzlərini tərənnüm edən elm xadimləri tərəfindən də Qarabağın yenidən bərpası istiqamətində bir sıra təkliflər irəli sürülüb.
Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.
Mehman