Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pərviz Şahbazov Bolqarıstana səfərə gedib

Pərviz Şahbazov Bolqarıstana səfərə gedib


Energetika Naziri Pərviz Şahbazov Bolqarıstanın energetika naziri Aleksandr Nikolovun dəvəti ilə Bolqarıstana səfər edib.

Newscenter.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, nazir sabah paytaxt Sofiyada keçiriləcək “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji Təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda təşkil olunacaq Nazirlərin Dəyirmi Masasında iştirak edəcək.

Bolqarıstan, Serbiya, Yunanıstan, Türkiyə, Şimali Makedoniya, Rumıniya və Ukraynanın nazir və nazir müavinlərinin qatılacağı tədbirin açılış mərasimində onun çıxışı nəzərdə tutulur.

Dəyirmi masa qaz təchizatının təhlükəsizliyi, regional elektrik bazarı, yaşıl enerjiyə keçid, istehlakçıların müdafiəsi və gələcəyə baxış mövzularında panel sessiyalarla davam edəcək.

Sevinc
Xəbəri paylaş