Hazırda Qarabağda qanunsuz yerləşən "Yerkrap" erməni taborunun silahlıları öz müraciətlərində hər gün Azərbaycan Silahlı Qüvvələri ilə atışma faktını təsdiqləyiblər.
Newscenter.az xəbər verir ki, bu məlumatı hərbi ekspert Ədalət Verdiyev özünün sosial şəbəkə hesabından paylaşıb.
“Sizə müraciət edirik, asfalt fədailəri, biz indi sərhəddə dayanıb düşmənlə (Azərbaycanla - Ə.V) üz-üzəyik, hər gün onlara atəş açırıq. Düşmənin sərhədi keçməsinə imkan vermirik, başınızın üstündə dinc səmanı təmin edirik. Siz niyə orada (İrəvanda - Ə.V) sirklə məşğul olursunuz? Siz orada türkləri harada görmüsünüz? Oradan Qarabağ görünürmü?
Qarabağ buradadır, bizimlədir. Bura gəlin, Qarabağ burada qorunur, İrəvanın mərkəzində yox. Tərəddüd etməyin, əgər bizə postlarımızdan enib asayişi bərpa etmək əmri verilsə, biz bunu mütləq edəcəyik. Dövlətçiliyimizi sarsıtmağa çalışan hər kəsi cəzalandıracağıq. Fərqi yoxdur, kim olursan - keçmiş prezidentin oğlu, nazirin və ya adi tələbə. İndi hər biriniz bizə mane olur, bizi ölkənin müdafiəsindən yayındırırsınız, fikirləşin ki, bu kimə sərfəlidir".
Ədalət Verdiyev sonda qeyd edib ki, “Bir az baş işlətsək, erməni silahlıları Qarabağdan İrəvana gedib, asayişi bərpa etməyə başalayacaqlar”.