Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AZAL Bakıdan Ammana birbaşa reys açır

AZAL Bakıdan Ammana birbaşa reys açır


“Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İordaniyanın paytaxtı Ammana birbaşa reys açır.

Newscenter.az-ın
məlumatına görə, “Report” xarici mətbuata istinadən xəbər verir ki, Bakı-Amman istiqamətində birinci reys mayın 10-da həyata keçiriləcək, Ammandan Bakıya qayıdış isə mayın 17-də nəzərdə tutulub. Deməli reyslər hər həftənin çərşənbə axşamı günləri həyata keçiriləcək.

Biletlərin ilkin satış qiyməti may ayı üçün 665 manat, iyun ayı üçün 869 manat, iyul ayı üçün isə 1 187 manatdır.

Xatırladaq ki, birbaşa aviareysin açılması məsələsi bu il aprelin 4-də AZAL-ın prezidenti Cahangir Əsgərovun İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Qoşeh ilə keçirdiyi görüşdə müzakirə olunub.
Xəbəri paylaş