Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın XVIII-XIX əsrlərə aid silahları nümayiş etdiriləcək

Azərbaycanın XVIII-XIX əsrlərə aid silahları nümayiş etdiriləcək


AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XVIII-XIX əsrlərə aid silahlar nümayiş etdiriləcək.

Newscenter.az-ın Muzeydən "Report"a verilən məlumata görə, Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərginin hazırlıq işləri davam edir.

XVIII – XIX əsrlərə aid silahlar (250-dən artıq eksponat) iki zalda, əsasən 40-a yaxın vitrində təqdim ediləcək. Həmin sərgidə nümayiş olunacaq eksponatlar - soyuq silahlar, müdafiə geyimləri, odlu silahlar muzeyin Silahlar və bayraqlar, Xüsusi fondlarında mühafizə olunur.

Sərgi tezliklə tamaşaçıların ixtiyarına veriləcək.
Xəbəri paylaş