Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz”ın baş direktoru aprel ayının yekunları ilə bağlı hesabat verəcək

“Azəriqaz”ın baş direktoru aprel ayının yekunları ilə bağlı hesabat verəcək


Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

Newscenter.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə. aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Aksiyada bu ilin aprel ayının yekunları ilə bağlı hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Sualları baş direktor Ruslan Əliyev cavablandıracaq.

Sevinc
Xəbəri paylaş