Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə (Facebook, İnstagram, TikTok, Youtube) istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir.
Newscenter.az Fonda istinadən xəbər verir ki, müsabiqənin əsas məqsədi milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və sosial şəbəkələr vasitəsilə təbliğ edilməsidir.
Müsabiqənin formatı: Müsabiqəyə Fond tərəfindən müəyyən edilmiş mövzular əsasında paylaşılan video formatlı statuslar qəbul ediləcək. Mövzunu tam əhatə edən, tutarlı, kreativ paylaşımlar müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən dəyərləndirilərək mükafatlandırılacaq.
Mövzular:
• yaxşılıq
• doğruluq
• vətənpərvərlik
• dini dəyərlər
• ailə dəyərləri
• əxlaq
• dostluq
Müsabiqə şərtləri:
• Video status yalnız Azərbaycan dilində olmalıdır
• Video status əhatəli, tutarlı, kreativ olmalıdır
• Videonun müddəti 2 dəqiqədən çox olmamalıdır
• Paylaşılan video orijinal olmalı və sosial şəbəkə istifadəçisinin özünün iştirakı ilə çəkilməlidir
• Paylaşılan statusda #mənəvidəyərlər həştəqi mütləq qeyd olunmalıdır
• Sosial şəbəkə istifadəçisi müəyyən edilmiş mövzulardan yalnız birini seçə bilər
• Sosial şəbəkə istifadəçisi seçdiyi mövzuda yalnız bir video paylaşa bilər
• Müsabiqədə yalnız 16 mart – 16 may 2022-ci il tarixləri ərzində Facebook, İnstagram, TikTok və ya Youtube sosial şəbəkəsində paylaşılan video statuslar iştirak edəcək
QEYD: Müsabiqə çərçivəsində hazırladığınız videonu paylaşdıqdan sonra videonun orijinalını və paylaşım linkini [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Mükafat:
I yer - 1000 AZN
II yer - 700 AZN
III yer - 500 AZN
Həvəsləndirici mükafat – 300 AZN (5 nəfər)
Müsabiqənin müddəti: 16 mart – 16 may 2022-ci il
Mehman