Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər narkotik vasitələr aşkar edib

Gömrükçülər narkotik vasitələr aşkar edib


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttində "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.

Newscenter,az DGK-ya istinadən xəbər verir ki. sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Lakin gömrük baxışı keçirilən zaman sürücü avtomobilin salonunu tərk edərək postun ərazisində yerləşən müvəqqəti saxlanc anbarına tərəf qaçaraq üzərindəki bağlamanı yaxınlıqdakı otluq əraziyə tullayıb.

Yoxlama zamanı otların arasından bir ədəd yapışqanlı lentlə sarılmış bükülünün içərisində, ümumi çəkisi 8 qram olan narkotik vasitə-tiryək və çəkisi 2 qram olan narkotik vasitə- marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş