Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstandan Azərbaycana qeyri-qanuni yolla siqaret gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qeyri-qanuni yolla siqaret gətirilməsinin qarşısı alınıb


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Renault" markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı avtomobilin salonunda, yatağın içərisində və yataq yerinin altında xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 6 400 ədəd “Parliament” və 12 200 ədəd “Marlboro” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sevonc
Xəbəri paylaş