Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moldovaya hücum indiki şəraitdə Rusiyanın marağında deyil

Moldovaya hücum indiki şəraitdə Rusiyanın marağında deyil


Moldovaya hücum və Dnester bölgəsində qarışıqlıq çıxarmaq bugünkü şərtlərdə hələlik Rusiyanın marağında deyil. Onun sözlərinə görə, orada onsuz da Rus ordusu var, qondarma rejim Rusiya tərəfdarıdır.

Dnester barədə Rusiya üçün problem o bölgə ilə birbaşa əlaqənin olmaması sayıla bilər, ancaq Rusiya Odessa bölgəsini ələ keçirsə, Kreml üçün bu mövzu həll olunacaq. Bundan başqa, Dnesterdeki hərbi gücün (1700 Rus hərbiçisi və 15 min separatist) Ukraynaya hücumu isə müharibənin taleyində bəlirləyici olmaz. Tam tərsi bu cür bir hücum Rusiya üçün hərbi cəbhəni genişləndirə və prosesə Moldovanın da daxil edilməsi nəticəsini doğurar. Mövcud strateji mənzərədə bu prosesə NATO üzvü Rumıniyanın və onun üzərindən NATO-nun hərbi formada qarışması təhlükəsini artırar ki, bu da Rusiya üçün əlavə ciddi problemlər deməkdir.

Dnester məsələsində Kremlinin şübhələr artıran müəyyən ikibaşlı mesajlar verməsi isə taktiki baxımdan Ukraynaya Odessa konteksində təzyiqi artırmaq, spesifik olaraq Moldova və Rumıniyanı da Ukraynaya dəstəkdən çəkindirmək mahiyyətini daşıyır. Ancaq Dnesteryanı bölgədə və Rusiyadaki dairələrdə bunu istəyən bir lobbi də var. Ancaq bu konyekturada cəbhəni genişlətmə Ukraynanın marağına daha uyğundur. Onsuz da rəsmi Kiyev öz strategiyasında prosesə oz tərəfindən daha çox ölkənin daha fəal cəlb olunması istəyi və cəhdlərini açıqca göstərir. Bir sözlə, strateji elmi və hərbi ağıl Ukrayna müharibəsi davam edərkən, Rusiyanın Moldovaya hücumunun olmaması gərəkliyini göstərir. Ancaq fövqəladə hallarda dövlətlər bunun tərsini edə və ya buna sürüklənə bilərlər.


Nazim Cəfərsoy-QAFSAM-ın sədr müavini
Xəbəri paylaş