
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb.
Newscenter.az Fonda istinadən xəbər verir ki, bunlar Alxasov Camal İlqar oğlu və İskəndərli Elnur Zöhrab oğludur.
Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
"
YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 32 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Sevinc











































