Energetika naziri Pərviz Şahbazov paytaxt Sofiya şəhərində Bolqarıstanın Baş naziri Kiril Petkov ilə görüşüb.
Newscenter.aa-a nazirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.
Energetika naziri regional və qlobal enerji təchizatının təmin olunmasında Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələrin əhəmiyyətinə diqqət çəkərək, ölkəmizin bundan sonra da bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu bildirib. Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün zəruri addımlar haqqında danışan nazir, Azərbaycan təbii qazının növbəti onilliklərdə diversifikasiya və enerji keçidi prosesinə verəcəyi töhfələri qeyd edib.
Baş nazir Kiril Petkov isə Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan və TAP boru kəmərinə qoşulacaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsinin icrası barədə danışaraq, boru kəmərinin kommersiya istismarına hazır olması üçün lazimi addımların atıldığını bildirib.
Sevinc