Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Küçələr, prospektlər mobil qumarxanaların əsarətindədir: Nazim Bəydəmirli

Küçələr, prospektlər mobil qumarxanaların əsarətindədir: Nazim Bəydəmirli


"Azərlotereya" ASC keçən ildən Türkiyə şirkətinə idarəetməyə verilib, nəticə göz qabağındadır. Küçələr, prospektlər mərc oyunlarının, mobil qumarxanaların əsarətindədir.

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli səsləndirib. Onun sözlərinə görə, kasıb təbəqə, dövlətin himayəsində olan qumarxana ilə oyuna girir və hesab edir ki, nə vaxtsa "cek-pot" udub həyatını dəyişdirəcək:

"Yazıq kasıb, bir də cahillikdən əziyyət çəkir. Hökumət güzəştli şərtlərlə xarici şirkətə belə rentabelli sahəni idarəetməyə verən vaxt mən ciddi tənqid də etmişdim. Təəssüf edirəm ki, "islaxatçı ingilisdillilər" xaricdə öyrənməyib-eşitdiklərini də hara və necə düzgün tətbiq etməyi də bacarmırlar".

Mehman
Xəbəri paylaş