“Gürcüstanın Rusiyadan enerji asılılığı kifayət qədər aşağıdır, çünki biz qaz və neft baxımından əsasən Azərbaycandan, elektrik enerjisi baxımından isə Türkiyədən asılıyıq”.
Newscenter.az-ın məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Fransanın “Paris Match” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstanın Rusiyaya müəyyən müqavimət göstərmək qabiliyyəti var: “Lakin Rusiya sərhədyanı dövlətdir, onun cənub hissəsində çox mühüm hərbi bazaları, işğal olunmuş ərazilərdə, Ermənistan ərazisində də böyük bazaları var. Biz əhatələnmişik, lakin Gürcüstan müəyyən müqavimət göstərmək qabiliyyətinə malikdir, çünki biz 26 əsrdir bu strateji regiondayıq. Biz faktiki olaraq mövcud olan bütün imperiyalar tərəfindən fəth edilmişik. Rusiya iki əsrdə dörd dəfə Gürcüstanı işğal edib”.