Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qarabağ" klubu azarkeşlərə görə cərimələnib

"Qarabağ" klubu azarkeşlərə görə cərimələnib


AFFA İntizam Komitəsi (İK) "Qarabağ" klubunu azarkeşlərinə görə cərimələyib.

Newscenter.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fanatlar "Qəbələ"yə 5:0 hesabı ilə qalib gəldikləri yarımfinal mərhələsinin cavab oyununda kütləvi şəkildə təhqiramiz ifadələr işlədiblər.

"Köhlən atlar" bunun üçün 4000 manat cərimə olunub.

Tərəfdarlar "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçında pirotexnikadan istifadə etdiyi üçün Ağdam təmsilçisini 800 manat ziyana salıb. Bundan əlavə, azarkeşlər "Sabah"ın rəsmisi Dadaş Zeynalova fiziki təsir göstəriblər və kluba əlavə olaraq 4000 min manat cərimə kəsilib. "Qarabağ"ın futbolçusu Patrik Andrade ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəza ilə üzləşib, kluba 200 manat cərimə tətbiq olunub.

İK "Neftçi"ni isə 3200 manat məbləğində cərimələyib. Buna "Zirə"yə qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünün gec başlaması səbəb olub.

"Qəbələ" 800 manat ödəməli olacaq. "Sarı-qırmızılar"ın 4 oyunçusu "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri XXV tur qarşılaşmasında sarı vərəqə alıb.

“Sumqayıt”ın futbolçusu Camaləddin Xocaniyazov 1 oyun şərti olmaqla 2 oyunluq cəzalanıb. Buna oyunçunun "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları XXV tur matçında birbaşa qırmızı vərəqə alması səbəb olub. Xocaniyazova 3 ay sınaq müddəti, "gənclik şəhəri təmsilçisi"nə 1600 manat cərimə tətbiq olunub. "Neftçi"nin 4 üzvü həmin görüşdə sarı vərəqə ilə cəzalandırılıb və "ağ-qaralar" bunun üçün 800 manat ödəməli olacaq.
Xəbəri paylaş