Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Newscenter.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
"Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib. Həmçinin bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır", - şirkətdən bildirilib.