Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsu" ASC-də qanvermə aksiyası keçirilib

"Azərsu" ASC-də qanvermə aksiyası keçirilib


İrsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədilə “Azərsu” ASC-də növbəti qanvermə aksiyası keçirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanılıb və sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirilib.

Newscenter.az-a "Azərsu" ASC-dən bildirilib ki, qanvermə aksiyasında “Azərsu”ASC-nin idarə və müəssisələrində çalışan əməkdaşlar fəal iştirak edib. Donorlar irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırıblar. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı, hemofiliyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlərin qanla təmin edilməsinə dəstək çağırışına uyğun olaraq bu könüllü humanitar aksiyanın “Azərsu” ASC-də keçirilməsi ənənə halını alıb. Bu tədbir ölkəmizdə qan bankının yaradılması, irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Mehman
Xəbəri paylaş