Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Baş Assambleyasının prezidenti mədəniyyət naziri ilə görüşüb

BMT Baş Assambleyasının prezidenti mədəniyyət naziri ilə görüşüb



BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovla görüşüb.

Newscenter.az-ın məlumatına görə, bu barədə “Report”un yerli bürosuna BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak məlumat verib.

Sözçü bildirib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

P.Kubiakın sözlərinə görə, Baş Assambleyanın prezidenti həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən post münaqişə dövrlərində mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəni və dini irsin qorunmasına xidmət edəcək “Mədəniyyət naminə sülh" (“Peace4culture”) layihəsini fəaliyyət planı haqqında məlumat alıb.
Xəbəri paylaş