Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya hökuməti "süni qiymət artımı" yaradır

Rusiya hökuməti "süni qiymət artımı" yaradır


"Rusiya hökuməti həm də "süni qiymət artımı" yaradır, özündən ticarət asılılığı olan ölkələrin ərzaq təhlükəsizliyinə zərbə vurur".

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli səsləndirib. O bildirib ki, faktiki olaraq valyutanı qadağan etdiyinə görə, rublla satılan məhsullar dollar ekvivalentində ciddi bahalaşıb:

"İki həftə öncə 1 dolları qara bazarda 85 rubla dəyişdirmək mümkün olduğu halda, indi 70 rubldan da aşağı düşüb. Ona görə biz FCA şərti ilə tonunu 300 dollar ətrafında təklif etdiyimiz unu indi 370 dollar ətrafında təklif edirik. Dəyişən heç bir şey yoxdur, sadəcə Rusiyanın Mərkəzi Bankı kağız üzərində ona lazım olan kursu müəyyən edir və asılı olan ölkələri daha da yoxsullaşdırır".

Nazim Bəydəmirli qeyd edib ki, Azərbaycan hökuməti illər boyu Rusiya ilə iqtisadi əlaqələrin möhkəmlənməsi, xarici ticarətin artırılmasını stimullaşdırmaq yolu ilə gedib:

"Nəticədə bizim idxalımızda Rusiyanın payı 15%-ə qədər yüksəlib. Bu gün ölkəmizə ən böyük təhdidlərdən başlıcası bu ölkədən asılılığımızdır".

Mehman
Xəbəri paylaş