Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak edəcək könüllülərlə görüşüb.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, ilk olaraq festivalın işinə könüllü şəkildə qoşulan gənclərə təşəkkür ifadə olunub.
Rəşad Bayramov könüllülük fəaliyyətinin gənclərin bilik və bacarığının artırılması, eləcə də dünyagörüşünün genişlənməsində mühüm rol oynadığını bildirib.
Görüş çərçivəsində könüllülərə festivalda göstərəcəyi fəaliyyət barədə ətraflı məlumat verilib, tövsiyələr diqqətə çatdırılıb.
Eyni zamanda könüllülərin festivala dair təklifləri dinlənilib.
Sevinc