Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqların bərpası üçün ilk addım həmin ölkənin qoşunlarını fevralın 24-dən əvvəlki mövqelərinə geri çəkməkdir.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Report” RBC Ukraina”ya istinadən xəbər verir.
Dövlət başçısı həmçinin qeyd edib ki, “Azovstal”da insanların məhv edilməsi Rusiya ilə istənilən danışıqları qeyri-mümkün edəcək.
"Normal danışmağa başlamağımız üçün genişmiqyaslı işğaldan əvvəl - fevralın 24-dək olan vəziyyəti bərpa etməliyik. Onlar həmin müvəqqəti təmas xəttlərinə və ya bölücü xətlərə çəkilməli və oradakı qoşunları çıxarmalıdırlar", - Zelenski deyib.
Zelenski qeyd edib ki, Rusiya (danışıqlar üçün-red) “bütün körpüləri” dağıtsa da, “bütün körpülərin dağıdılmadığını” hesab edir.
"Ukrayna xalqı məni mini-Ukraynanın Prezidenti kimi yox, Ukrayna Prezidenti seçib", - dövlət başçısı vurğulayıb.