ABŞ Rusiyaya qarşı sanksiyaların növbəti raundunu açıqlayıb.
Newscenter.az xəbər verir ki, iqtisadçı Qubad İbadoğlunun məlumatına əsasən, bu dəfə 1-ci Kanal, Rossiya 1 və NTV-yə də sanksiyalar tətbiq edilir. Sanksiyalar ABŞ şirkətlərinin onlarda reklam yerləşdirməsini və onları avadanlıqla təmin etməsini qadağa edir.
Yeni sanksiya paketi üzrə “Sberbank”ın 8, “Qazprombank”ın isə daha 27 rəhbərinə qarşı məhdudiyyətlər tətbiq olunacaq. Bu dəfə Moskva Sənaye Bankı da sanksiya siyahısına salınıb.
Bundan sonra ABŞ Rusiya hərbçilərinə viza verilməsini məhdudlaşdıracaq. Bununla yanaşıbelə qadağa 2,6 min rus və belarusluya qarşı tətbiq olunacaq.
Bundan əlavə, Vaşinqton Rusiyaya nüvə materialları, sənaye avadanlıqları və buldozerlərin ixracına qadağa qoyub.
Mühasibat uçotu, reklam, idarəetmə və konsaltinq xidmətləri də ABŞ-ın yeni anti-Rusiya sanksiyaları altına düşüb.
"Məlumat üçün onu da əlavə edim ki, "Newsweek” jurnalına SOFREP hərbi nəşrinin baş redaktoru Şon Spunk açıqlamasına görə, Ukrayna ilə müharibənin hər günü ruslara 900 milyon dollara başa gəlir. Eyni zamanda jurnal hesablayıb ki, bu müharibə nəticəsində Rusiya 7 milyard dollarlıq hərbi texnika itirib".
Mehman