AZAL-ın prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərova Londonda növbəti şirkətini təsis edib.
Newscenter.az araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən xəbər verir ki, Cəmilə Əsgərova JAZMENA LTD-ni (qetdiyyat nömrəsi 14090301) 2 gün əvvəl Britaniya Şirkətlər Evində qeydiyyatdan keçirib.
Məlumata görə, şirkət internet üzərindən parakəndə satış həyata keçirəcək. Bildirilir ki, bu AZAL prezidentinin ailəsinin İngiltərədə sayca 7-ci şirkətidir, onlardan hazırda 5-i fəaliyyətdədir. Təkcə MRCR ART LIMITED-in aktivləri 31 milyon funtdan artıqdır.
GAZELLI INTERNATIONAL LIMITED-in aktivləri isə 13 milyon funt-sterlinqliqi keçib. İngiltərədə AZAL şefinin ailəsinə məxsus şirkətlərin aktivləri üst-üstə 100 milyon manatdan artıqdır. Gürcüstanda isə Əsgərovların 3 dəbdəbəli oteli var. Təkcə Batumidəki The Gloria Hotelə 40 milyon dollar investisiya qoyulub.
Yeri gəlmişkən, Hesablama Palatası hazırda AZAL-da yoxlamalar aparır, dövlət vəsaitinin və dövlət əmlakının auditi həyata keçirilir.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
NEWSCENTER.AZ