"Sabah II Dünya Müharibəsində müttəfiq qüvvələrin faşizm üzərində qələbə qazanmasının 77-ci ildönümüdür. Azərbaycan XX əsrdə faşizmin hər cür təzahürü ilə üz-üzə qalıb, ziyalılar öldürülüb, tarixi, milli, dini kimliyi silinməyə çalışılıb və nəhayət ən yeni tarixdə, son 30 il ərzində erməni faşizmi ilə tək mübarizə aparıb".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva təəssüf hissi ilə qeyd edib ki, müstəqilliyimizin 30-cu ilində cəmiyyətimizdə 70 il xalqımızın qanına susamış faşizmi başqa formalarda “fedarasiyaçılar”, “ittifaqçılar “və s kimi formalarda “zühur edilməyə” cəhdləri izləməkdəyik:
"Babam və diğər qohumlarım daxil olmaqla II Dünya Müharibəsində haqq uğrunda şəhid olmuş bütün hərbiçiləri, öldürülmüş və ya acından ölməyə məhküm olunmuş bütün günahsız insanları rəhmət və hörmətlə anırıq. Faşizmin bütün təzahürlərini, siyasi alət kimi qonşu dövlətlərin ərazisinə soxulmaq üçün istifadə edənləri, günahsız insanları, qocaları, körpə uşaqları öldürənləri lənətləyirik".
Mehman