Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın müxalifət partiyası liderinin oğlu Londondakı şirkətini BAĞLADI-FOTOLAR

Azərbaycanın müxalifət partiyası liderinin oğlu Londondakı şirkətini BAĞLADI-FOTOLAR


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun İngiltərə vətəndaşı olan oğlu Cəlal Məmmədov Londonda 3 il əvvəl təsis etdiyi SYNERGY COOPERATION LIMITED şirkətinin qeydiyyatını ləğv edib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook sosial şəbəkə hesabından paylaşıb. Çəlumatda qeyd edilir ki, şirkət bu il mart ayının 8-də fəaliyyətini dayandırıb.

Cavanşir Həsənli daha sonra qeyd edir ki, Cəlal Məmmədov 12 il əvvəl tələbə olarkən Londonda ilk dəfə ATRA WORLD TRADE LIMITED adlı şirkət təsis etsə də, iki il sonra onu da ləğv edib.

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

NEWSCENTER.AZ
Xəbəri paylaş