Dünya miqyasında tanınan, artıq əfsanələşmiş tarixi şəxsiyyətlər, müdrik insanlar çox olub. Belə dahi insanlardan biri də məhz Ümumilli liderimiz Heydər Əliyev olmuşdur. Mayın 10-da xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 ili tamam olur. O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrünü əhatə edən tarixinin simvoluna çevrilib. Müasir Azərbaycanın ötən əsrin son onilliyində kifayət qədər mürəkkəb ictimai-siyasi proseslər fonunda yenidən qazandığı dövlət müstəqilliyi və tarix baxımından elə də böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olmuşdur.
Hadisələrin gedişini ən azı bir neçə il qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafa uyğunlaşdırmaq, dövrün çağrışlarına adekvat reaksiya vermək və digər fenomenal qabiliyyətləri sayəsində ulu öndər həm də müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün fundamental əsaslar yaratmışdır.Heydər Əliyev isə bizim müasirimiz olmuşdur. Azərbaycanın banisi olan Heydər Əliyev tarixi yaradan liderlərdən biri olub. Müasir Azərbaycan dövlətinin əsasını qoyan Ümummilli Lider öz dövrünün əsl əfsanəsinə çevrilib. Tarix onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan və əfsanəvi xadim kimi xatırlayır. Məhz onun böyük xidmətləri nəticəsində gənc müstəqil dövlət ayaqları üzərində möhkəm dayanaraq XXI əsrə qədəm qoydu.1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bu gün müasir Azərbaycan adlandırılan müstəqil dövlətin təməlini qoyub.
Dünyada nüfuzlu siyasi xadim kimi tanınmış Heydır Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərlərindən biri olmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdi. Heydər Əliyev ilk azərbaycanlıydı ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəçəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydır Əliyev azərbaycanlı olması ilə fəxr edirdi . Dahi rəhbərin “... həmişə fəxr etmişəm, bu gün da fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
Heydər Əliyev dövlət müstəqilliyimizi əbedi və dönməz etdi , ölkəmizə sabitlik , sülh və əmin – amanlıq , siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi
Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb, azsaylı kosmik ailənin üzvünə çevrilib. Səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bu möhtəşəm, dünyanı heyran qoyan uğurların əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.
Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Bu gün ulu öndərimizin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Tərtər rayon təşkilatı Tərtər Şəhər Bələdiyyəsinin ərazi partiya təşkilatının sədri, - Tünzalə Vəliyeva