"Bütün dünya xahiş edir ki, ermənilərin yolunu açaq, bunlar isə öz yollarını bağlayırlar".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, qəribə məntiqli düşmənimiz var:
"Özləri yol istəmirlərsə, biz niyə onlara yol verək? Qoy cığırlarla gəzib dolaşsınlar. İndi də Azərbaycanda həbsdə olan şiraklı terrorçuların qohumları Gümrü-İrəvan avtomobil yolunun Orom kəndi yaxınlığındakı hissəsini bağlayıblar. Müxalifət tərəfdari olan etirazçılar mitinq keçirmək üçün Gümrüyə gedirlər. Onlar müxalifət liderlərindən qohumlarının azad edilməsinə niyə kömək etmədiyi ilə maraqlanmaq istəyirlər".
Mehman