Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblər dövlət içində dövlət yaradıb?

Məktəblər dövlət içində dövlət yaradıb?


"Məktəb şagirdlərinin yaxasına Rusiyanın 9 May qələbəsinin işarəsini asmaq düzgün deyil. Əslində məktəblərdə milliliyimiz, türkçülüyümüz təbliğ olunmalıdır".

Bu fikirləri Newscenter.az-a Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova səsləndirib. O bildirib ki, ordumuzun şücaəti, şəhidlərimizin, qazilərimizin canı bahasına 30 ildən sonra torpaqlarımız azad edildi:

"Bu il də Şuşa ilidir. Buna görə də uşaqların yaxasından Xarı Bülbülün simvolunu, bayrağımızın lentlərini asmaq olardı".

Partiya rəsmisi qeyd edib ki, biz 9 Mayı simvolik bilirik:

"Həmçinin Rusiya imperiyasının xalqımızın başına açdığı oyunları da bilirik. İkinci Dünya müharibəsində bizim də babalarımız, yaxınlarımız gedib döyüşüb və geri qayıtmayıblar. Amma bunu bir sinifdə bu qədər təbliğ etmək nə qədər düzgündür? Bununla nə demək istəyirlər? Məktəblər dövlət içində dövlət yaradıb? Məktəblər uşaqlarımızı əsl vətənpərvər kimi yetişdirməlidir. Eyni zamanda məktəblər gündə baş verən intihar hallarına qarşı maarifləndirmə aparmalıdır. Məktəblər dövlətin siyasətinə niyə qarışırlar? Lazım olsa, bu barədə dövlət qərar verər və bütün məktəblərdə də belə təbliğat aparılar".

Mehman
Xəbəri paylaş