Müşahidə etdiyimiz bir tendensiya var. Azərbaycanda hələlik tam ifşa edilməmiş bir qrup var. Hansı ki, həmin qrupun fəaliyyəti yalnız və yalnız Azərbaycan adına görülən işləri gözdən salmaq, bu işi görən insanları qaralamaq, ləkələməkdən ibarətdir. Ən çox da həmin şəxslərin şəhidlərimiz, qazilərimiz üçün gördüyü işlər, onların adının əbədiləşdirilməsi, yaxud sosial problemlərinin həll edilməsi istiqamətində atdığı addımlar hədəfə alınır, cəmiyyətdə onlar barədə mənfi rəy formalaşdırılmağa çalışılır. İndiyə qədər çoxlu sayda belə hallarla rastlaşmışıq ki, məhz yuxarıda qeyd etdiyimiz xeyirxah əməllərin sahibləri həmin qrup tərəfindən hədəfə alınıb. Kifayət qədər örnək göstərmək olar. Fizuli Məmmədov, Fərhad Əhmədov, Mübariz Mənsimov və s. Adlarını çəkdiyimiz və yaxud unutduğumuz hər bir iş adamının yaxın tariximizdə məhz atmış olduğu xeyirxah əməllərdən dolayı hədəfə alındığı hər birimizin gözünün qarşısında baş verib. Necə ki, dünyanı bürüyən maliyyə böhranı zamanı Fərhad Əhmədov bütün işçilərinin, eləcə də rəhbərliyi altında çalışan şəhid ailələrinin bank kreditlərini öz hesabına bağladığı üçün əsassız olaraq tənqidə tuş gəlmişdi, necə ki, Fizuli Məmmədov onlarla Qarabağ müharibəsi iştirakçılarına mənzil hədiyyə etdiyi, onların müəlicəsi və əməliyyatını öz hesabına həyata keçirdiyi üçün məlum şəbəkə tərəfindən qarayaxma kampaniyası ilə üzləşmişdi, eləcə də son aylarda “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov atmış olduğu eyni xarakterli addımlarda, xeyirxahlıq missiyasından dolayı hücumlara məruz qalıb.
Bəs Mənsimovun “günahı” nədir ki, “Palmali” rəhbəri hədəf taxtasına alınıb?
Mübariz Mənsimovun birinci və ən böyük “günahı” ondan ibarətdir ki, o, Qarabağ müharibəsi şəhidləri, eləcə də Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş igidlərimizin adının əbədiləşdirilməsi ilə məşğuıdur. Şirkətinin tabeliyində olan gəmilərə onların adını verərək dünya sularına yol salır. Beləliklə, dünya arenasında belə həmin igidlərimiz tanınır, onlar barədə dünyada məlumat formalaşır. Eyni zamanda bu addımı ilə həm şəhidlərin ruhuna şad etmiş olur, həm də onların valideynlərini bir daha qürurlandırır, ürəklərini qismən də olsa sevindirir. Məgər bu pis addımdırmı? Axı yeri gəldi-gəlmədi “Şəhidlər baş tacımızdır”, “Şəhidlərin valideynləri, övladları bizə əmanət” deyib yaxa cırırsınız, şüvənlik edirsiniz. Sizin şəhidlərə və onların yadigarlarına olan hörmətiniz budurmu? Niyə imkan vermirsiniz ki, Mənsimov və onun timsalında “Palmali” Qrup şəhidlərin ruhunu şad etsin. Özünüz bir iş görə bilmirsinizsə, heç olmasa iş görənlərə mane olmayın, onların əl-ayağına dolaşmayın, sifariş yerinə yetirib qarayaxma kampaniyasında iştirak etməyin.
Mübariz Mənsimovun ikinci günahı ondan ibarət oldu ki, məşhir iş adamı həbsdən azad edildikdən sonra söyüş müxalifətinə çevrilmədi, yerli-yersiz Azərbaycan hakimiyyətini tənqid etmədi. Mənsimov əleyhidarları zənn edirdilər ki, o həbsdən çıxdıqdan sonra Azərbaycan hakimiyyətini sərt tənqid edəcək, Azərbaycanla bağlarını tamamilə kəsəcək. Bununla da onun xeyirxah əməllərinə son qoyulacaq, şəhid və qazilərimizlə bağlı atdığı xeyirxah addımlara son veriləcək. Ancaq Mənsimov hər zamankı kimi yenə də Azərbaycan dövlətinin yanında olduğunu dilə gətirərək məlum şəbəkənin planlarını iflasa uğratdı. Eyni zamanda xeyirxah əməllərini davam etdirərək onlarla şəhidimizin adının əbədiləşdirilməsinə nail oldu. Və bu proses davam edir. İndi həmin qüvvələrin ehtiyat etdiyi ondan ibarətdir ki, Mənsimov Qarabağın, işğaldan azad edilən ərazilərin bərpası prosesində də yaxından iştirak edər və Azərbaycanla təmasları daha da artar.
Nəhayət, Mübariz Mənsimovun üçüncü “günahı” ondan ibarətdir ki, o əlinin zəhməti ilə qazandığı milyonları, milyardları dünyanın müxtəlif ölkələrində bahalı mülklərə, özünün biznes imperiyasının yaradılmasına sərf etmir, xeyirxah əməllərə, insanların könlünün xoş olmasına yönəldir. Əgər Mənsimov birincilərdən olsaydı, əminəm ki, bu qədər tənqid olunmaz, qarayaxma kampaniyası ilə üzləşməzdi.
Bütün bunları təhlil edərkən belə nəticəyə gəlmək mümkündür ki, istər Əhmədov, istər Məmmədov, istərsə də hazırda Mənsimovu hədəfə alanlar, ona qarşı qarayaxma kampaniyasını həyata keçirənlər həm də Azərbaycanın Vətən müharibəsindəki qələbəsini istəməyən, onun həyata keçməsinə mane olmağa çalışan məlum şəbəkədir ki, həmin şəbəkənin bu məkirli planı əslində erməni dəyirmanına su tökür.
P.S.Xatırladırıq ki, Mübariz Mənsimovla yaxından-uzaqdan heç bir bağlılığımız yoxdur və zəhmət çəkib bizimlə "Palmali" rəhbəri arasında əlaqə axtarmağa çalışmayın. Çünki əziyyətiniz hədər geddəcək.
NEWSCENTER.AZ