Rusiya və Belarus Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) üzvlüyündən çıxarıla bilər.
Newscenter.az-ın məlumatına görə, "Report" "Inside the Games"ə istinadən xəbər verir ki, məsələyə ilin sonunadək keçirilməsi gözlənilən IPC-nin növbədənkənar Baş Assambleyasında baxılacaq.
Dekabrda təşkil olunacağı gözlənilən iclasda iki variant təqdim ediləcək: iki ölkənin quruma üzvlüyünün müvəqqəti və ya tam dayandırılması.
Qeyd edək ki, Rusiya və Belarus idmançıları bu il Çinin paytaxtında Pekində keçirilmiş Qış Paralimpiya Oyunlarından kənarlaşdırılıb.