TƏBİB-in kollektivi Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak edib. Eyni zamanda, TƏBİB festival boyunca tibbi xidmətlərin təşkilini təmin edir.
Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Çin, Yaponiya, Almaniya və digər ölkələrdən nümayəndənin iştirak etdiyi festivalda yerli və dünya mətbəxinin təamları təqdim edilib.
Bundan başqa, Azərbaycan regionlarının və müxtəlif ölkələrin aşpazlarının canlı performansları, müxtəlif milli yeməklər, əyləncələr, sərgilər, yerli və xarici aşpazların ustad dərsləri nümayiş olunub.
Festivala bu gün yekun vurulacaq.
TƏBİB-in ayrı-ayrı struktur bölmələrinin rəhbərləri və əməkdaşları Şuşa qalasını, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Qədim Şuşanın simvolu olan "Aşağı Gövhər Ağa" məscidini də ziyarət ediblər.
Qeyd edək ki, festival Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Sevinc