"30 il bundan öncə, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunmuşdu. Lakin Azərbaycan xalqı işğal tarixini qan yaddaşında əbədi saxlamış, ümidini itirməyərək böyük inamla milli ruhun zəfər çalacağı günü gözləmişdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, Vətən müharibəsi zamanı isə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək, illər boyu düşmən tapdağı altında qalan torpaqlarımızı, o cümlədən Şuşa şəhərini işğaldan azad etdi:
"Əminliklə deyə bilərəm ki, Şuşa şəhəri bu günlərdə Azərbaycanın mədəniyyət paytaxtı kimi missiyasını uğurla davam etdirməkdədir".
Ruhiyyə