Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xilaskar dövlət xadimi-Heydər Əliyev

Xilaskar dövlət xadimi-Heydər Əliyev


Müstəqil Azərbaycan Respublikasının memarı, dahi qurucusu, bütün azərbaycanlıların ümummilli lideri Heydər Əliyev xalqımızın tarixinə təkcə böyük dövlət, ictimai-siyasi xadim kimi deyil, həm də mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinin keşiyində duran, bu dəyərlərin daha da inkişaf etdirilməsinə çalışan, bütün işıqlı həyatı boyu bu sahəyə diqqət yetirən dahi şəxsiyyət kimi daxil olmuşdur. Heydər Əliyev şəxsiyyəti, dövlətçilik məharəti, öz vətəninə, xalqına, dininə bağlılığı yaxın-uzaq ellərə, ölkələrə çoxdan bəlli idi. Ona görə Heydər Əliyev şəxsiyyətinə hər yerdə xüsusi hörmət, diqqət həmişə olmuşdur. Heydər Əliyev müsəlman dünyasının da böyük hörmət bəslədiyi, sevdiyi şəxsiyyətlərdən biri olmuşdur və olaraq da qalır. Azərbaycan xalqı Heydər Əliyevin milli dövlətçilik siyasətini və ictimai siyasi kursunu layiqincə həyata keçirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, bu təcrübəyə yeni milli çalarlar əlavə edən Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla, geniş addımlarla gedir.

Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu. Dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır. Ulu öndər Heydər Əliyev hələ Azərbaycana ilk rəhbərliyi dövründə respublikamızın sənayesini, kənd təsərrüfatını, yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirmişdi, canlandırmışdı.
Xalqımız bir daha əmin oldu ki, müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı, əhalinin rifahının yaxşılaşdırılması sahəsində Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinin təminatı etibarlı əllərdədir. Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi – praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət, qalib Sərkərdə kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Mustafayeva Xəyalə- YAP fəalı
Xəbəri paylaş