Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı Şurasının Prezidenti və AŞ baş katibi Ukraynaya səfər edib

Avropa İttifaqı Şurasının Prezidenti və AŞ baş katibi Ukraynaya səfər edib


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın Odessa şəhərinə səfərə gedib.

Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.

“Puşkinin “sən Avropanı hiss edə bilərsən” dediyi Odessada Avropa Gününü qeyd etməyə gəlmişəm. Bu gün Ukrayna xalqı öz abidələrini güllə, raketlərdən, öz azadlığını isə Rusiyanın təcavüzündən qoruyur. Sən yalnız deyilsən. Avropa İttifaqı sizinlədir”, - Şarl Mişel vurğulayıb.

XXX

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç də Ukraynaya işgüzar səfərə gəlib. Səfər zamanı o, Borodyanka və İrpenə baş çəkib.

Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Pavlyuk bildirib.

AŞ Baş katibi Kiyev vilayətinə səfəri zamanı dağılmış evlərə baxıb.

“O, dinc şəhərlərin atəşə tutulmasının dəhşətli nəticələrini və Rusiyanın hərbi cinayətlərinin sübutunu görüb”, - məlumatda deyilir.

Xəbəri paylaş