Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jurnalist Aytən Məmmədovaya hücum edilib-FOTO

Jurnalist Aytən Məmmədovaya hücum edilib-FOTO


Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib.

Newscenter.az məlumat verir ki, "Report"un xəbərinə görə, hadisə mayın 8-i gecə saatlarında paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" Zəng-Mərkəzinə müraciət edilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı nazirliyə məlumat daxil olub, araşdırmalara başlanılıb.

Xəbəri paylaş