Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əməlləri ilə əbədiyyət qazanmış dahi şəxsiyyət

Əməlləri ilə əbədiyyət qazanmış dahi şəxsiyyət


Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.

Ümummilli lider Heydər Əliyev

Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. Bəşər tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müa¬sir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Əvəzolunmaz xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dün¬yada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Ulu öndər ölkəyə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahat¬lar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirmişdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkə iqti¬sadiyyatını dirçəltmiş, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirmiş, beynəlxalq əlaqələrini möhkəmləndirmişdir. Düşünülmüş xarici siyasət kursu Azərbaycan üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkan¬ları yaratmışdır.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xalqımız qarşı-sındakı misilsiz xidmətləri yad¬daşlara dərindən hopmuş, hər bir azərbaycanlının qəlbində silinməz iz qoymuşdur. Bu qüdrətli şəxsiyyətin öz Vətənini müstəqillik epoxasına hazırlamaq və əldə edilmiş suve¬renliyi qoruyub saxlamaq missi¬yası çağdaş tariximizin məna və mahiyyətini təşkil edərək onun ən parlaq səhifələrinə çevrilmişdir. Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin həyat yolunun möhtəşəm salnaməsini vərəqləyərkən göz önündə Azərbaycan tarixinin taleyüklü, çətin və şərəfli 2 mərhələsinin dolğun mənzərəsi canlanır. Xalqımızın bu dahi oğlunun bütün fəaliyyəti Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkənin iqtisadi inkişafı və sosial-mədəni yüksəlişi yolu ilə sıx bağlı olmuşdur.

Milli lider və bəşəri şəxsiyyət me¬yarlarını fəaliyyətində üzvi şəkildə qovuşdurmuş nadir siyasətçilərdən olan Heydər Əliyevin adı ümum¬dünya tarixinə rəhbərlik etdiyi ölkəni dünyanın qlobal siyasi inkişafının dinamikasına qoşan, bu əlaqəni onun hərəkətverici qüvvəsinə çevirən yaradıcı siyasətçi kimi yazılmışdır. Azərbaycanın ümummilli liderini yetişdirən tarixi və çağdaş mühitin bütün təfərrüatlarını, amillər toplusunu göz önünə gətirdikcə bu həqiqətin təkzibedilməz olduğunu yəqin edirsən. Müasir Azərbaycan reallığı, eləcə də Azərbaycan tarixinin müstəqillik zirvəsi Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. “O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur. Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Onun ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır. Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş, böyük tarixi nailiyyətlərə imza atmışdır. Ona görə də çoxəsrlik tariximizin Heydər Əliyev dövrü Azərbaycanın dövlətçilik salnaməsidir” Ulu Öndər əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməklə Zəfərə aparan yolun əsasını qoymuşdur. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir.

Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olmuşdur. Müdrik dövlət xadimi o zaman işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoymuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlərə başlanılmışdır. Böyük siyasətin sirlərinə dərindən bələd olan Heydər Əliyev bilirdi ki, torpaqların işğaldan azad olunması - ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin bərpa edilməsi üçün güclü dövlət konsepsiyasını reallaşdırmaq lazımdır. Bunun üçün isə strateji hədəfləri dəqiq müəyyənləşdirmək, xüsusi olaraq bir neçə istiqamətdə milli məqsədləri gerçəkləşdirmək gərəkdir. Bunlardan biri və birincisi ilk növbədə ölkə daxilində sabitlik və təhlükəsizlik mühitinin təmin olunması idi. Ulu Öndər həm daxili siyasətdə mühüm tədbirlər həyata keçirməklə, həm də Azərbaycanın dövlətçilik mənafeyini beynəlxalq miqyasda strateji maraqlarla dəqiq uzlaşdırmaqla buna nail oldu. Paralel olaraq mütərəqqi iqtisadi inkişaf strategiyasının hazırlanması və uğurla tətbiq olunması da Azərbaycanın milli gücünün artırılmasında və hədəfə doğru inamla irəliləməsində mühüm rol oynadı. Bu kontekstdə “Əsrin müqaviləsi”nin imzalanması, beynəlxalq əməkdaşlıq platformasının yaradılması, xarici tərəfdaşlarla iqtisadi-ticari münasibətlərin təməlinin atılması və digər addımlar da xüsusi vurğulanmalıdır. Böyük Zəfərə gedən yolda xüsusi əhəmiyyət kəsb edən işlərdən biri də uğurlu ordu quruculuğunun həyata keçirilməsi idi. Digər tərəfdən, Ulu Öndərin beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin və bəyanatların qəbul edilməsinə nail olması da ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, diplomatik müstəvidə üstünlük qazanmasına xidmət göstərdi.

Heydər Əliyevin xalqımız və dövlətimiz, dövlətçiliyimiz qarşısında ən mühüm – tarixi xidmətlərindən biri siyasi varisliyin təmin olunmasıdır. Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərmişdir. Ümummilli Liderimizin heç vaxt bitməyəcək, əsrlərlə yaşayacaq mənəvi ömrünün 99-cu zirvəsindən ötən illərə baxdıqca bir daha şahid oluruq ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyev siyasəti, bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır. Onun layiqli davamçısı olan İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti ilə, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başlamışdır. Ən əsası, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Qələbə xalqımızın qürur və iftixar mənbəyi, dövlətimizin isə qüdrətinin ifadəsidir. Bu, həm də Heydər Əliyev ideyalarının təntənəsi, dövlətçilik tariximizin zirvə hadisəsidir. Ulu Öndərin görmək istədiyi bugünkü güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev yolu ilə əmin addımlarla, inamla, əzmlə və qətiyyətlə sürətli irəliləyişini davam etdirir.

Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir. Dünya müasir müstəqil dövlətimizin banisinin ideyalarının reallığa çevrilməsi nəticəsində möhtəşəm Azərbaycana şahidlik edir! Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti Azərbaycan üçün yeni parlaq perspektivlər yaradır. Əminliklə söyləmək olar ki, öz ərazi bütövlüyünü təmin etmiş, bölgənin lider dövlətinə - regional güc mərkəzinə çevrilmiş Azərbaycan yeni zirvələr fəth edərək tarix yazacaq, adını tarixə əbədi yazdıracaq!” Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənələri üzərində təntənə edən müstəqil Azərbaycan müstəqil dövlətçilik tariximizin ən güclü Azərbaycanıdır” Heydər Əliyev dühası və onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri nəticəsində biz dünyada qalib xalq kimi qəbul edilmişik.

Azərbaycanın aydın gələcəyi məhz Heydər Əliyev ideallarına sadiqlikdən keçir. Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xətinin ömrü çox uzaq gələcəyə hesablanır. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Gələcək nəsil bunu bilməli və addım-addım əməl edərək öyrənməlidir. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı, gənc nəsli ardınca aparmışdır. Bu gün xalqımız ümummilli liderin siyasi varisi – yüksək intelektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. #Biz birlikdə güclüyük.

Şahbazova Qahirə Lələ qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxi filialinin dekanı,
“Riyaziyyat və kompüter elmləri”kafedrasinin Baş müəllimi, doktorant
Xəbəri paylaş