Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qələbədə hansısa ölkəni 1 nömrə olaraq göstərmək lazımdırsa, o ölkə Azərbaycandır

Qələbədə hansısa ölkəni 1 nömrə olaraq göstərmək lazımdırsa, o ölkə Azərbaycandır


Faşizm üzərində qələbənin hansısa ölkə tərəfindən mənimsənilməsi və öz qələbəsi kimi təqdim etməsi yolverilməzdi.

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. Onun sözlərinə görə, çünki faşizmə qarşı təxminən 35 ölkə birləşmişdi ki, bunlardan 15-i SSRİ-nın tərkibində idi:

"Bu qələbədə hər ölkənin öz payı vardı. Amma bu qələbədə hansısa ölkəni 1 nömrə olaraq göstərmək lazımdırsa, bu nə Hollywood filmlərinin təbliğ etdiyi kimi Amerika deyil, nə də Moskvanın dediyi kimi Rusiya deyil. Bu ölkə Azərbaycandır. Kimsə bunu populist ifadə kimi qəbul edə bilər. Amma bu həqiqətdir".

Eldəniz Əmirov qeyd edib ki, o Azərbaycan dedikdə, Həzi Aslanovu və ya Əhmədiyyə Cəbrayılovu nəzərdə tutmur:

"Düzdür, onlar qəhrəmanlarımızdır, amma bu müharibədə başqa xalqların da qəhrəmanları olub. Amma həmin xalqların heç biri Azərbaycanın verdiyi tövhəni verə bilməyib. 35 ölkədən istənilən biri olmasaydı 34 ölkə qələbə çala bilərdi. Amma müharibəyə ümumi neftin 70%-i, benzin 80%-ni, sürtkü yağlarının 90%-ni Azərbaycan verib. Azərbaycan olmasaydı, tank əvəzinə də, təyyarə əvəzinə də ümidlər velosipedə qalardı. Velosipedlə döyüşmək nə qədər real idisə, qələbə də o qədər real idi".

Mehman
Xəbəri paylaş