Xəzər hövzəsində üzən gəmilər küləkli hava şəraiti səbəbindən fəaliyyətini bərpa edə bilməyib.
Sürəti 20-25 m/san çatan Şimal, Şimal-Şərq küləyi müşahidə olunur.
Newscenter.az xəbər verir ki, "Report"un əməkdaşının da göyərtəsində olduğu və mayın 5-də ilk reysə çıxan RoPax tipli "Zərifə Əliyeva" gəmi-bərəsi hazırda Qazaxıstanın Kurık limanından 5 dəniz mili (təxminən 9 km) məsafəsindən sığınacaqda gözləməkdədir. İlkin proqnoza görə, küləyin mayın 10-u günün ikinci yarısında səngiyəcək və gəmilərin hərəkətinə icazə veriləcək.