Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Kiyevdə Kanada və Xorvatiya baş nazirləri ilə görüşüb

Zelenski Kiyevdə Kanada və Xorvatiya baş nazirləri ilə görüşüb


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Kanadanın Baş naziri Castin Trüdo ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Zelenski feysbuk hesabında bildirib.

“Kanada öz azadlığı uğrunda mübarizədə Ukraynaya dəstək verən liderlər sırasındadır. Kanadanın Baş naziri Castin Trüdonun bu gün Ukrayna xalqının yanında olması bizim üçün çox şey deməkdir. İnanıram ki, biz birlikdə bütün sınaqların öhdəsindən gələcəyik”, - Ukrayna lideri sosial şəbəkə hesabında yazıb.

XXX

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Xorvatiyanın Baş naziri Andriy Plenkoviçlə də görüşüb.

Bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında bildirib.

“Andrey Plenkoviçlə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, azad edilmiş ərazilərdə normal həyatın bərpası üçün əməkdaşlığı, eləcə də Ukraynanın Avropa İttifaqına inteqrasiyasını müzakirə etdik”, - Zelenski qeyd edib.

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Zelenski ilə görüşündən sonra Kiyevdə ölkəsinin diplomatik missiyasının işini bərpa etdiyini açıqlayıb.

Yeri gəlmişkən, Xorvatiya Ukraynaya kömək üçün 5 milyon avro ayırmağı planlaşdırıb.

Anar TAGİYEV
Xəbəri paylaş