Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşməni təkrarən və daha təsirli şəkildə cəzalandırmaq zamanı yetişib -Hərbi ekspert

Düşməni təkrarən və daha təsirli şəkildə cəzalandırmaq zamanı yetişib


Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Newscenter.az xəbər verir ki, baş vermiş növbəti erməni təxribatı ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hər gün atəşkəsi pozan düşməni təkrarən və daha təsirli şəkildə cəzalandırmaq zamanı yetişib. Onun sözlərinə görə, atəş açılan düşmən mövqeyinə artilleriya basqını həyata keçirib orda yerləşən silahlıları mineral gübrə halına gətirmək və həmin ərazidə üçrəngli Bayarağımızı qaldırmaq, Ermənistanın anlaya biləcəyi ən qısa çıxış yoludur:

"Kimsə Ermənistandan sərhəd barədə kəlmə işlədərsə, bir az da irəli getməliyik. Sərhədlərin təyin edilməsi üzrə İrəvanın komissiyası qəbulumuza yazılmayana qədər addım-addım tarixi ərazilərimizin düşməndən azad edilməsini davam etdirməliyik. Başqa sözlə, Ermənistanın vaxt uzatması prosesini İrəvanın ərazi itirməsi fəaliyyəti ilə paralel həyata keçirməliyik. Bu isə Ermənistanda daxili kataklizmləri daha da dərinləşdirəcək".

Mehman
Xəbəri paylaş