Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Azərbaycanlılarının V Qurultayında xidmət göstərən tibb işçiləri təltif edilib

Dünya Azərbaycanlılarının V Qurultayında xidmət göstərən tibb işçiləri təltif edilib


Ulu öndəri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü münasibətilə Dünya Azərbaycanlılarının V Qurultayı ilə əlaqədar TƏBİB-in ərazi tibb müəssisələrinin gücləndirilmiş iş rejimində çalışmış əməkdaşlarının təltifedilməsinə həsr edilmiş tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, ilk olaraq Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib ki, bu gün eyni zamanda, xalq olaraq müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü gününü qeyd edirik.
“Ümummilli lider Heydər Əliyev Azərbaycanda səhiyyənin inkişafına, tibb işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərmiş, ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.

“Bura toplaşmağımızın ikinci səbəbi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı zamanı tibbi xidmətlərlə təmin etmək üçün fəallığı ilə seçilən həmkarlarımıza təşəkkür etməkdir. Bilirsiniz ki, 3 gün davam edən tədbir müddətində TƏBİB-in ərazi tibbi müəssisələri gücləndirilmiş iş rejimində çalışmışdır. Bu müddət ərzində Şuşa Modul Xəstəxanası 24 saat xidmət göstərmiş, tam təchiz olunmuş Təcili və Təxirəsalınmaz Yardım birqadaları xidmət başında olmuşlar. Eyni zamanda, tədbirdə iştirak edən şəxslərin “COVlD-19” üzrə PZR test nümunələrinin götürülməsi də TƏBİB tərəfindən uğurla həyata keçirilmişdir. Mən bu işdə əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm” – deyə V.Qurbanov vurğulayıb.

İdarə Heyətinin sədri tədbirdə iştirak edəcək şəxslərin “COVlD-19” üzrə PZR test nümunələrinin götürülməsinin də TƏBİB tərəfindən uğurla həyata keçirildiyini qeyd edib.

Daha sonra xidmət göstərmiş 43 tibb işçilərinə TƏBİB tərəfindən təşəkkürnamələr təqdim edilib.

Sonda tibb işçiləri adından çıxış edən Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov Şuşada xidmət göstərməyin tibb işçiləri üçün böyük qürur olduğunu vurğulayıb. Onlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Sevinc
Xəbəri paylaş