Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev Gəncədə İmamzadənin dağıdılmasının qarşısını necə alıb?

Heydər Əliyev Gəncədə İmamzadənin dağıdılmasının qarşısını necə alıb?


Allahşükür Paşazadə həzrətlərinin açıqladığı bir maraqlı tarix Azərbaycan müsəlmanlarının etiqad məkanlarından birini ateist prinsipləri üstə bərqərar olan SSRİ-nin sərt caynağından necə xilas etməsi ilə bağlı olub.

Newscenter.az xəbər verir ki, 1980-ci illərin əvvələrində Gəncədən bir neçə kommunist İmamzadənin sökülməsi üçün Moskvaya –Siyasi Büroya məktub yazııblar. Səbəb kimi göstəriblər ki, nə qədər İmamzadə Gəncədədir, burada ideoloji işi effektiv təşkil etmək olmur, kommunizm prinsiplərinin təbliğatı maneə ilə üzləşir.

Allahşükür Paşazadənin dediyinə görə, Moskvada bu məktuba müsbət yanaşıblar. Siyasi Büro Gəncədəki müqəddəs məkanın dağıdılması barədə qərar çıxarmışdı. Qərardan ciddi narahatçılıq keçirən gənc Şeyxülislam çıxış yolu axtramağa başlayır. O, nəyin bahasına olursa – olsun problemin Azərbaycan Kommunist Patiyasının Birinci katibi Heydər Əliyevə çatdırmağı qərara alır. Çətinliklə məsələ ilə bağlı H.Əliyevin həyat yoldaşı, mərhum Zərifə Əliyevanı məlumatlandırır. Heydər Əliyev məsələdən hali olur. “Heydər Əliyevin bu qərardan xəbəri olmamışdı. Zərifə xanım ona deyəndən sonra İmamzadənin dağıdılmasının qarşısını aldı” –deyə Şeyx xatırlayıb.

Mehman
Xəbəri paylaş