Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QMİ sədri: "Erməni işğalçılardan fərqli olaraq, Azərbaycan həm məscidlərimizi, həm də digər dinlərə məxsus məbədləri bərpa edir"

QMİ sədri: "Erməni işğalçılardan fərqli olaraq, Azərbaycan həm məscidlərimizi, həm də digər dinlərə məxsus məbədləri bərpa edir"


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərində Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may 2022-ci tarixlərində paytaxt Əbu-Dabi şəhərində keçirilən “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edir.

Newscenter.az xəbər verir ki, dnyanın 150 ölkəsindən 500-ə yaxın müsəlman dini lider və din xadimlərinin iştirak etdiyi mötəbər konfransın ilk günündə Rəyasət Heyətində yer alan QMİ sədri 9 may tarixində nazirlər səviyyəsində “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzulu plenar iclasda çıxış edib.

Konfrans iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyev cənabları adından və bütün xalqımız adından salamlamaqdan şərəf duyduğunu bildirən Şeyxülislam A. Paşazadə bildirib ki, İslam dünyasının və bütün bəşəriyyətin kəskin ziddiyyətlər, narahat gündəm yaşadığı, dövlətlərin savaş ilə sarsıldığı, qaçqınlar ordusu ilə üzləşdiyi bir dönəmdə müsəlman cəmiyyətlərinin üzərinə özünün sülh məramını və qarşılıqlı ehtiram məfkurəsini bəyan etmək vəzifəsi düşür. O, bütün müsəlmanların vəhdət və sülh uğrunda əlbir olmalarının Allah yanında ən xeyirli işlərdən olduğunu xüsusi qeyd edib.

İslam fəlsəfəsinin dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını yolverilməz sayması kontekstində QMİ sədri bildirin ki, 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti azad olunmuş torpaqlarımızda işğalçılar tərəfindən vandalizm və həqarətlərə məruz qalmış dini-mənəvi irsimizi – ümumislam əhəmiyyətli mədəniyyət abidələrimizi, məscid və ibadətgahlarımızı dirçəldir, bərpa edir, yenilərini inşa edir. Şeyxülislam A. Paşazadə vurğulayıb ki, məscidlərimizdə haram buyurulan heyvanlar saxlayan erməni işğalçılardan fərqli olaraq, Azərbaycan həm məscidlərimizi, həm də digər dinlərə məxsus məbədləri bərpa edir.
Şeyxülislam A. Paşazadə fəxarətlə qeyd edib ki, bütün din mənsublarının mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı Azərbaycanda ardıcıl dövlət siyasəti şəklində həyata keçirilən, milli və bəşəri dəyərlərə istinadən dünyamıza sülh və multikultural dəyərləri təşviq edən, İslami həmrəyliyə dəvət edən qlobal ideyalar nəinki ölkəmizin, bölgəmizin, habelə bütün bəşərin mənafeyinə xidmət edir. Xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev həzrətlərinin müəllifi olduğu bu ümumbəşəri əhəmiyyət kəsb edən təşəbbüslər sayəsində Azərbaycan dünyaya insan qardaşlığına xidmət edən ideyaları fəal təşviq edən mərkəzə çevrilmişdir.

Şeyxülislam A. Paşazadə konfransın mövzusu olan İslami vəhdət ideyalarının bərqərarı üçün qlobal insan həmrəyliyi ideyalarının, heç şübhəsiz ki, böyük önəm daşıdığına diqqəti çəkmişdir. Bu baxımdan, Birləşmiş Ərəb Əmirliklərində Zati-müqəddəsləri Papa Fransisk həzrətləri ilə Əl-Əzharın Baş İmamı Şeyx Əhməd əl-Tayyib həzrətlərinin himayəsi ilə yəhudilərin, xristianların və müsəlmanların dərin ehtiram bəslədiyi İbrahim Peyğəmbər müqəddəsliyinin nuru ətrafında İbrahimi dinlərin Evinin inşasını təqdirəlayiq hal kimi qiymətləndirib. O, tarixə Abu-Dabi Bəyannaməsi kimi həkk olunmuş dinlərarası dialoq və əməkdaşlığa dair İnsan Qardaşlığı sənədinin Birləşmiş Ərəb Əmirliklərində imzalanmasını dünya miqyasında qarşılıqlı anlaşma və sülh şəraitində dinc yanaşı yaşamaq amallarına ali xidmət adlandıraraq, Azərbaycanın bu dəyərli sənədi, onun məramlarını dəstəklədiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Çıxışının sonunda Konfransın təşkilatçılarına təşəkkürlərimi bildirən Şeyxülislam A. Paşazadə qardaş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Zati-aliləri Şeyx Xəlifə bin Zayed əl-Nəhyan həzrətlərinə və vəliəhd şahzadə Əlahəzrət Şeyx Mühəmməd bin Zayed əl-Nəhyan həzrətlərinə xeyir-dualar diləyərək, nəinki İslam dünyası, bütün dünya üçün əhəmiyyət kəsb edən Abu-Dabi konfransının İslam ümməti, bəşər ailəsi üçün xeyirlərə vəsilə olmasını Uca Allahdan dua etmişdir.

Konfrans öz işini davam etdirir.

Mehman
Xəbəri paylaş