Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada hakimiyyət dəyişə bilər

Rusiyada hakimiyyət dəyişə bilər


Rusiyada bir gündə 5 qubernator istefa verib və məlumdur ki, belə mütəşəkkillik yalnız tapşırıq əsasında ola bilər.

Dünənki Qələbə paradının ab-havası, Putinin səhhəti ilə bağlı mətbuata sızdırılan məlumatlar, bəzi Rusiya internet resurslarının bağlanması, Rusiyada hərbi vəziyyətin elan oluna biləcəyi ilə bağlı şaiyələr və s. bu ölkədə siyasi hakimiyyətin böhran vəziyyətində olmasına işarədir.

Hakimiyyət dəyişə bilər, özünü qorumaq üçün total repressiyalara əl ata bilər, ölkə qarşıdurmalara sürüklənə bilər və nəhayət, hərbi çevriliş baş verə bilər.
Bu hallardan heç biri uzun vadəli baxdıqda bizim üçün müsbət nəticə vəd etmir. Qısa vadəli baxdıqda isə belə hadisələr Azərbaycana və digər postsovet ölkələrə Rusiyadakı qarşıdurma dövründə öz təhlükəsizliyini möhkəmləndirmək üçün qısamüddətli şans yarada bilər.

Amma bunun üçün də strateji hədəfləri olan və onları reallaşdırmaq iradəsinə malik hakimiyyətin olması vacibdir. Sual da budur ki, Azərbaycandakı hakimiyyətdən bunu gözləməyə dəyərmi?

Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri
Xəbəri paylaş