Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev Türkiyəyə gedir

Tokayev Türkiyəyə gedir


Bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfər edəcəyi barədə xəbər yayılmışdı. Bu barədə onun mətbuat xidmətindən bildirilmişdi. Qeyd olunmuşdu ki, Tokəyəv həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Dövlət başçılarının ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəkləri gözlənilir.

Həmin məlumata görə Tokayev bu gün, mayın 10- da Türkiyəyə gedəcək və səfər iki gün çəkəcək. Liderlerin bir sıra aktual məsələlər kimi, Ukraynadakı durum barədə də fikir mübadiləsi aparacaqları şübhəsizdir. Ankara mövcud proseslərlə bağlı Nur- Sultanın onun mövqeyinə yaxın mövqedə olmasını istəyir. Yəqin ki, Ərdoğan bu barədə fikirlərini həmkarına çatdıracaq.

Daha vacib məsələ isə budur ki, bir çox proqnozlara görə Rusiya Ukrayna ilə kifaylənməyəcək və digər ölkələrə keçəcək. Belə düşünənlərin fikrincə, Rusiya Prezidenti Vladimir Putin SSRİ- yə bənzər sistem yaratmaq istəyir. Moldovada baş verənlər bu ehtimalı gücləndirir.

Xatırlatmaq yerinə düşər ki, bir neçə ay əvvəl Qazaxıstandakı daxili aksiyalardan sonra KTMT qoşunları ölkəyə girmiş, ardınca isə eks- prezident, təhlükəsizlik şurasının rəhbəri, türkçü Nursultan Nazarbayevin səlahiyyətləri əlindən alındı, Rusiyaya yaxınlığı ilə seçilən Kasım- Jomərt Tokayevin mövqeləri gücləndirilmişdi. Bu isə o deməkdir ki, indi Rusiyanın Qazaxıstana təsir imkanları daha çoxdur. Gələcəkdə liderlər arasındakı hansısa danışıq nəticəsində Qazaxıstanın Rusiyadan daha çox asılı hala düşməsi istisna deyil. Bu, əlbəttə, Ərdoğanın türkdilli dövlətlərlə bağlı arzu və planlarına ziddir. Odur ki, ola bilsin, Türkiyə dövlət başçısı qonağına Rusiya ilə məsafəli davranmaq barədə də müəyyən təlimatlar versin.

Bundan başqa, dövlət başçılarının türkdilli dövlətlərin, Türkiyə- Qazaxıstan əlaqələrinin perspektivini müzakirə etmələri də gözləniləndir.
İndi keçmiş MDB məkanına daxil olan türkdilli dövlətlərdə, o cümlədən Qazaxıstanda Rusiya və Türkiyən arasında mübarizə gedir. Hər ikisi daha çox təsir gücünə sahib olmaq istəyir. Xüsusilə Mərkəzi Asiyada bu mübarizədən kimin qalib gələcəyi isə xeyli dərəcədə Tokayevin Türkiyə səfərinin nəticələrindən asılı olacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş