Bu gündən etibarən Türkiyənin paytaxtı Ankara şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı başlayıb.
Newscenter.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, toplantıdan öncə Beynəlxalq Assosasiyanın üzvləri Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Toplantıda “Azərbaycan Dəmir Yolları ” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunur.
Sevinc