Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqtonda Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb

Vaşinqtonda Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb


Bu gün Vaşinqtonda Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

Newscenter.az xəbər verir ki, konfransda çıxış edən Kosova prezidenti Vjosa Osmani əsas diqqəti enerji təhlükəsizliyi məsələsinə yönəldib. O, enerji təhlükısizliyinin təminatı üçün transatlantik əməkdaşlığın strateji əhəmiyyətindən söz açıb.

Vjosa Osmani deyib ki, enerji təhlükəsizliyinin təminatı dövrümüzün ən ciddi böhranlarından biri kimi qarşımızdadır. Kosova prezidenti qeyd edib ki, mövcud böhranın sürətli həll yollarını necə tapa biləcəyimiz əsas dilemma olaraq qalır:

"Bu istiqamətdə eyni dəyərlər və ortaq hədəflər üzərində qurulan ittifaqlar və tərəfdaşlıqlar davamlı, əlverişli enerji gələcəyi üçün mühüm əhəmiyyət kəsb edəcək".



Mehman
Xəbəri paylaş